DİA.AZ: - "Şikayətim ABB bankdandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" aslı sosial qrupdakı paylaşımında Nərgiz Aşurbəyova giley edib.
Daha sonra narazı vətəndaş yazır: "Deməli, kredit götürürük 6000 manat məbləğində, kredit götürən zaman bizə 300 manatlıq "Tam kart" verildi (həm kredit kartı, həm də debet). Kartı əldə etdik, 3 ay ərzində kartı mənə aktivləşdirməyə kömək etmirlər! Tətbiqdə xəta verir, bankomat xidmət göstərmədiyini bildirir! Nəysə bunuda qoyaq kənara. Çağrı mərkəz ilə əlaqə saxlanılan zaman mənə məlumat verilir ki, kredit ödənişinizi emanat və ya milliÖn terminallarında edə bilərsiniz, bunun üçün sadəcə kart nömrənizi daxil etməyiniz yetərlidir və biz bu sözlərə əsasən ödənişi bu dəfə terminal ilə edirik vəsait gedir oturur kredit xəttində)) az imiş kimi gecikməyə düşürük) müraclət edirem çağrı mərkəziyə operatorlar kobud şəkildə və səs tonlarını qaldıraraq məni susdururlar! Deyirəm yaxşı kredit xətti 300deyil, 300də artıq ödədiyim şəxsi vəsaitimdi onuda köçün kredit borcuma görə, yenədə yox teklif elədikləri yalnız filiala yaxınlaşın kartı aktivləşdirin (sən demə kartda aktiv deyil, necə aktivləşdirmək lazımdır oda bəlli deyil) sadəcə avara olub dəqiqə başı filiala yaxınlaşın), deyirlər gəlin aktivləşdirin və sonra öz şəxsi vəsaitimi yalnız 50%nağdlaşdırılma edə bilərəm...) və əlavəəə 1,5% şəxsi vəsaitimi nağdlaşdırmaq üçün komissiya ödəməliyəm))) Sizin iştahınız pis deyil amma...) Keyfiyyət üzrə nəzarət - 0 Xİdmət -0 Güvənlik -0"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...